Di Mariya "Yuventus"a keçə bilər

16.05.2022 15:33 468
Dünya futbolu
PSJ-nin futbolçusu Anxel Di Mariya "Yuventus"a keçməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, argentinalı yarımmüdafiəçi İtaliya klubu ilə danışıq aparır.

Di Mariyanın Paris klubu ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. O bu mövsüm Liqa 1-də 24 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.