Qurban Qurbanov "Qarabağ"la müqavilə müddətini uzatdı

11.05.2022 16:45 609
Premyer-liqa
“Qarabağ” baş məşqçisi Qurban Qurbanovla müqavilənin müddəti artırıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Yeni anlaşmaya əsasən, mütəxəssis daha 3 il komandanı çalışdıracaq.

Qurban Qurbanov 2008-ci idən "Qarabağ"ın baş məşqçisidir. Ağdam klubu bu müddət ərzində 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.