"Arsenal" onunla müqavilə müddətini uzatdı

6.05.2022 15:35 467
Dünya futbolu
“Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqavilənin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə 2024/25-ci il mövsümünün sonuna kimi müqavilə bağlanılıb.

Xatırladaq ki, Arteta 2019-cu ilin dekabrından “topçular”a başçılıq edir. İspaniyalı mütəxəssisin rəhbərliyi altında komanda bir dəfə ölkə kuboku və İngiltərə superkubokunun qalibi olub.