Qurban Qurbanovdan növbəti rekord

13.05.2022 11:16 465
Premyer-liqa
“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında premyer-liqada 250-ci qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu, 16-cı turdan təxirə salınan “Sumqayıt”la oyunda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal qazanıb.

2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb. Bunların 250-sində qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.

Qeyd edək ki, Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudu.