Misirin yeni baş məşqçisi bəlli oldu

18.04.2022 10:10 432
Dünya futbolu
Misir yığmasında baş məşqçi problemi yoluna qoyulub.


Komandaya Ehab Qalal təyinat alıb. 54 yaşlı mütəxəssis yığmanı DÇ-2022-nin final mərhələsinə çıxara bilmədiyi üçün istefa verən portuqaliyalı Karluş Keyruşun yerini tutub.

Qalal yerli “Piramids” klubuna da rəhbərlik edir. Bu komanda hazırda Misir çempionatının yüksək liqasında 18 iştirakçı sırasında 3-cü yeri tutur.