• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zahidağa hərbi xidmətdə ola-ola məşqləri davam etdirdi” - Zamin Əsədullayev

Aktual / Manşet

8-04-2022, 23:0

Ötən sayımızda millət vəkili Tahir Kərimlinin oğlu Zahidağanın Gürcüstanın 2-ci liqasında çıxış edən “Borjomi” ilə birillik müqavilə bağladığını xəbər vermişdik. 

Onu da bildirmişdik ki, 23 yaşlı futbolçunun böyük futbola gəlişində onunla fərdi şəkildə məşğul olan Zamin Əsədullayevin rolu olub. 

Görəsən, mütəxəssis millət vəkilinin oğlu ilə fərdi çalışmağa necə razılıq verib, tanışlıq hardan yaranıb? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Zamin bəylə söhbətləşdik.

- Əvvəlcə Zahidağa ilə tanışlığınızın tarixçəsini bilmək istərdik. Böyük futboldan gəlmədiyinə görə, yəqin ki, onunla başqa şəraitdə tanış olmusuz.
- Zahidağa öncə mənə “instaqram” vasitəsi ilə müraciət etdi. Futbolçu olmaq istədiyini, özündə bu potensialı gördüyünü söylədi. Yaşına görə ona şans verilmədiyini, özünü göstərmək, gələcəkdə böyük futbol oynamaq istədiyini dedi. Hər bir gəncə şans vermək lazımdı. Fikrimcə, gəncə baxmadan, nəyə qadir olduğunu bilmədən, yaşını bəhanə edərək onu siyahıdan silmək, üstündən xətt çəkmək düzgün deyil. Bizim əksər məşqçilər böyük futbola can atan 17-18 yaşda gəncə “artıq gecdi” deyib yolundan döndərirlər. Məncə, bu yanlış addımdı. Müraciətini nəzərə alıb onunla görüşdüm. Bədən quruluşuna baxanda gördüm ki, idmançı görkəminə malikdi. Boyu, fiziki göstəriciləri futbola uyğun gəlir. İkinci mərhələ artıq meydanda oldu. İlk məşqlərdən görünürdü ki, Zahidağa futbol oynaya bilər. Onu da bildirim ki, Kərimli standart oyunçu deyil. Nə mənada? Riski sevir, topla hücumu kəskinləşdirməyi bacarır. Qarşısındakını çox rahat keçir. Driblinqi yüksək səviyyədədi, qəfil istiqamət dəyişməyi bacarır. Başqa müsbət keyfiyyətləri də var ki, onları indi bir-bir sadalamaq istəmirəm. Onunla çalışmağa başladıq. İki aydan sonra hərbi xidmətə yollandı. Təsəvvür edin, onda nə qədər böyük həvəs vardısa, əsgərlikdə olduğu müddətdə də məndən proqram istəyirdi ki, fürsət olanda məşq etsin. Bir ildə ona 120 məşq proqramı göndərdim. Və Zahidağa hərbi xidmətdə ola-ola, məşqləri davam etdirdi. Mən ona koordinasiya pilləkəni, konus və başqa ləvazımatlar göndərmişdim. Səhv etmirəmsə, ötən ilin oktyabrında hərbi xidməti başa vurub geri döndü. Gələn kimi yanıma qayıtdı. Düzdü, çox arıqlamışdı - əsgərlikdən gələn adamın belə olması adi haldı. Ancaq hiss olunurdu ki, məşqsiz qalmayıb. Onunla bir müddət birgə çalışdıq və çatışmayan cəhətlərini aradan qaldırdıq. Bir müddət sonra videosunu Gürcüstan klubuna göndərdik. Qarşı tərəf baxıb bəyənəndən sonra müqavilə bağlamaq üçün Tiflisə dəvət etdi.

- Onunla görüşəndə Tahir Kərimlinin oğlu olduğunu bilirdiz?
- İlk məşqlərdə bilmirdim. Müəyyən müddətdən sonra söhbət əsnasında atasının deputat olduğunu dedi.

- Deputat oğlunun futbola üz tutması sizi təəccübləndirmədi? Bizdə məmur və ya deputat övladlarının, adətən, hansısa biznes sahəsində və ya dövlət qurumlarında çalışması dəbdədi. Peşəkar futbolla məşğul olanlarım, demək olar, hamısı aztəminatlı ailələrdən çıxır.
- Zahidağa ilk vaxtlar valideyninin futbola üz tutmasının əleyhinə olduğunu söylədi. Tahir müəllim də oğlunun başqa sahəyə üz tutmasını istəyib. O da oğlunun yaşını qabardıb, futbol oynamaq üçün gec olduğunu söyləyib. Bir gün Zahidağa atasının mənimlə görüşmək istədiyini bildirdi. Tahir müəllim bu yaşda oğlunun peşəkar futbolda uğur qazanacağına inanmadığını desə də, mən övladının perspektivli olduğunu söyləyib, millət vəkilini inandıra bildim. Hətta ona “bu vaxta kimi qarşısını almasaydız, indi böyük komandalarda oynayardı” dedim. Sağ olsun, mütəxəssis kimi fikirlərimi qəbul edib xeyir-dua verdi. Məsuliyyətli işin altına girdim və şükür Allaha ki, nəticə istədiyimiz kimi oldu. Zahidağa artıq “Borjomi”nin heyətində debüt edib və 20 dəqiqə oynayıb.

- Niyə məhz Gürcüstan klubu? Azərbaycanda ona maraq göstərən olmadı?
- Söhbətimizin əvvəlində üstüörtülü də olsa, bu məqama toxundum. Bizim məşqçilər ilk növbədə yaş məsələsini qabardırlar. Zahidağa kimi gənclər çoxdu. Hansısa klubun məşqçisinə deyəndə ki, belə gənc var, o dəqiqə “hansı klubda oynayıb” sualını verirlər? İmkan verirsiz ki, oynayıb özünü göstərsin? Azərbaycanda belə problem var. Məşqçilərimiz “bunun yaşı çoxdusa, ona şans vermək düzgün deyil” kimi düşüncə ilə işləyirlər. Azərbaycanda bilə-bilə ki, “yox” cavabı eşidəcəm, yenə bir-iki kluba müraciət etdim. Gözlədiyim cavabı da aldım. Belə olan halda Gürcüstana üz tutduq. Qonşu dövlətdi, gediş-gəliş də rahatdı. Ən əsası orda “yaşı çoxdusa, lazım deyil” düşüncəsi yoxdu. Gəncin potensialı varsa, onun xidmətindən yararlanacaqlar. Baxmayaraq ki, Gürcüstan ərazisinə və əhalisinə, maliyyə imkanlarına görə bizdən geri qalır, orda peşəkar şəkildə 3 liqa fəaliyyət göstərir. Komanda sayı da çoxdu. Bu liqalarda çıxış edən futbolçular dünyaca məşhur “transfermarkt” portalında qeydiyyata alınırlar.

- Söhbətimizin əvvəlində fərdi hazırlıq mərkəzinizin olduğunu bildirdiz. Ümumiyyətlə, fərdi hazırlıqla bağlı müraciət edən çoxdu?
- Mərkəzimiz modern futbolun prinsipləri əsasında məşqlər keçir. Məndən başqa mərkəzdə iki məşqçi fəaliyyət göstərir. Müraciət edənlər çoxdu. Aralarında müxtəlif yaş kateqoriyalarını təmsil edənlər var. Hətta müxtəlif klublarda çıxış edənlər də olur. Onlara fərdi hazırlıq üçün proqram hazırlayırıq, test normativləri götürürük. Testin nəticəsində çatışmayan cəhətləri müəyyənləşdirib protokollaşdırırıq. Sonda həmin qeydləri futbolçunun özünə təqdim edib, hazırladığımız plan əsasında işləməsini tələb edirik. Müştərilərimiz hovuz və fitnes salonu ilə təmin olunurlar. Bir sözlə, böyük və əhatəli iş görülür. Onu da qeyd edim ki, müraciət edənlərin heç də hamısını götürmürük. Bacarığı və potensialı olmayanlara yalandan vəd vermək iş prinsiplərimizə ziddi.

- Çox vaxt bizim məşqlər indiki yeniyetmə və gəncləri tənbəl olmaqda günahlandırırlar. Onların sözlərinə görə, futbolçu inkişaf etmək istəyirsə, məşqdən sonra özü də əlavə çalışmalıdı. Fərdi məşqlər bu qədər vacibdi?
- Bizim klublarda ümumi iş gedir. Məşq üçün müəyyən vaxt ayrılıb. O vaxt bitəndən sonra məşqçinin futbolçularla əlavə məşğul olmağa imkanı olmur. Çünki ortada meydan amili var. Bir qrup çıxır, başqası girir. Sözün düzü, bu məsələdə məşqçiləri də qınamaq olmur. Şərait bunu tələb edir. Elə yaş kateqoriyaları var ki, onlara əlavə məşq lazımdı. Çatışmayan keyfiyyətlər inkişaf etdirilməlidi. 17-18 yaşlı yeniyetmə həftədə 5 dəfə məşqlə kifayətlənməməlidi. Kollektiv hazırlıq zamanı məşqçi hər bir futbolçu ilə fərdi olaraq ayrı-ayrılıqda işləyə bilməz. 15 yaşdan yuxarı, yəni dinamik mərhələdən sonra uşaqlar mütləq fərdi çalışmalıdı. Kiminin koordinasiyası zəifdi, kimi də monoton oyunçudu, dinamikliyi aşağıdı. Onları aradan qaldırmaq üçün fərdi məşqlərə diqqət ayırmaq vacibdi. Gələcəkdə qarşısına peşəkar futbolçu olmaq məqsədi qoyan yeniyetmə və gənclər bunu etməlidilər. Əks halda istədikləri nəticəni əldə etməkdə çətinlik çəkəcəklər. Bu gün üçün öz axını ilə yüksək naliyyətlər qazana biləcək futbolçularımızın sayı azdı.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

5-04-2022, 16:0

Millət vəkilinin oğlunun məşqçisi narazıdı - AÇIQLAMA

Aktual / Manşet / Günün xəbəri

4-04-2022, 19:0

Millət vəkilinin oğlu Gürcüstan klubunda - ÖZƏL

Ölkə futbolu / Manşet

22-04-2022, 14:0

“Hədəf mövsümü ilk pillədə başa vurub birinci liqaya yüksəlməkdi” - Millət vəklinin oğlu

Ölkə futbolu / Günün xəbəri

27-03-2022, 11:0

Millət vəkili rayonun komandasına maliyyə yardımı etdi - AÇIQLAMA

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə