Millət vəkilinin oğlu Gürcüstan klubunda - ÖZƏL

4.04.2022 19:00 1 487
Aktual / Manşet / Günün xəbəri
Zahidağa Kərimli Gürcüstanın 2-ci liqa klubunda legioner həyatı yaşayacaq.

23 yaşlı futbolçu "Borjomi" ilə 1 illik müqavilə bağlayıb. Bu barədə məlumatı redaksiyamıza futbolçunun meneceri İman Həsənov verib. Zahidağa futbolun sirrlərini "Bakı"da öyrənib. BDU-nun komandasında oynayıb və Qazaxıstanda universitetlərarası çempionatda iştirak edib. Onu UEFA-nın A kateqoriyalı məşqçisi Zamin Əsədullayev fərdi şəkildə hazırlaşdırıb. Kərimov bu gün komandasında debüt edəcək.

Qeyd edək ki, Zahidağa Kərimli millət vəkili Tahir Kərimlinin oğludu.

Millət vəkilinin oğlu Gürcüstan klubunda


GÜNAY VƏLİYEVA