Millət vəkili rayonun komandasına maliyyə yardımı etdi - AÇIQLAMA

27.03.2022 11:20 931
Ölkə futbolu / Günün xəbəri
Region Liqasında çıxış edən komandaların əksəriyyəti maliyyə problemləri ilə baş-başa qalıblar.

Ağır durumdan çıxmaq üçün vaxtaşırı həmin komandaların rəhbərliyinin təmsil etdikləri bölgənin icra hakimiyyətinə, rayonda fəaliyyət göstərən iş adamlarına müraciətlərini görürürk.

Bir neçə gün öncə pley-off mərhələsinə vəsiqə qazanan və dünən keçirilən ilk görüşdə Yevlax ”Karvan”ını məğlub edən “Ağsu Siti”nin müraciəti ilə sizi tanış etmişdik. Bu dəfə eyni addımı “Füzuli” atıb. “Football-plus.az” xəbər verir ki, “sarı-qaralar” millət vəkili Vüqar Bayramovdan razılıq edib, rayonun iş adamları və tanınmışlarına səsləniblər:

“Dəyərli millət vəkilmiz Vüqar Bayramov həmişəki kimi yenə də “Füzuli ”üçün 500 manat dəstək oldu. Həmçinin klubumuzun gələcəkdə maliyyə təminatına dəstək olmaq üçün AFFA-ya müraciət edib”.


Bəyanatda əlavə olaraq bunları qeyd olunub:

“AFFA tərəfindən dəstək alana qədər klubumuzun növbəti mərhələlərə yüksəlməsi üçün Füzuli rayonu ictimaiyyətinin dəstəyi lazımdı və mütləqdi. Füzulilin ictimai xadimləri, ziyalıları dəstək olurlar, amma iş adamlarından bunu görmürük. Bu torpağın üzərində iş qurub pul qazanan insanlar Füzuli adını ucaldan komandaya kömək olmağı özlərinə mənəvi borc bilməlidi. Məhşurlarımızın başları toy sezonuna qarışıb, orucluq girəndə başları açılar dəstək olarlar yəqin”


RƏŞAD