“Tottenhem” bu il İngiltərədə liderdi

4.04.2022 16:50 494
Dünya futbolu
“Tottenhem” evdə “Nyukasl”a qalib gəlməklə (5:1) Çempionlar Liqasına iddiasını davam etdirdi.

İnamlı qələbə londonluları bu il İngiltərə çempionatında liderə çevirib. Əlbəttə, məsələ heç də turnir cədvəlində 1-ci yerə yüksəlməklə bağlı deyil. “Tottenhem” bu il premyer-liqada 30 qol vurub. Antonio Kontenin çalışdırdığı komanda bu göstəriciyə əsasən bütün iştirakçıları qabaqlayır. Maraq üçün lider “Mançester Siti”nin bu il 19, 2-ci yerdəki “Liverpul”un isə 27 qol vurduğunu xatırladaq.