• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Peşəkar idmançıyam, öz qərarımın ardınca gedirəm" - Rövşən Hüseynli

Aktual / İdman

25-03-2022, 11:0

“Araz-Naxçıvan”ın və Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Rusiyanın “Torpedo” klubuna keçidi ilə bağlı federasiyasının rəsmi saytına müsahibə verib.

Karyeranda yeni səhifə açılır və bu münasibətlə səni təbrik edirik. Keçidlə bağlı təklifi nə vaxt aldın?

- Hələ 2020-ci ildə bu klubdan təklif almışdım, danışığımız olmuşdu. Sadəcə, COVİD-19-la bağlı əksər çempionatlar dayandırıldı. Buna görə də danışıqlara ara verdik. Təxminən bir həftə əvvəl Nijni Novqorod təmsilçisinin rəsmiləri yenidən mənimlə əlaqə yaratdılar və komandaya dəvət etdilər. Əlbəttə, “Araz-Naxçıvan”la müqaviləm davam etdiyinə görə, əvvəlcə klub rəhbərliyinin razılığını almalı idim. Onlar da qarşıda klubu pley-off mərhələsinin oyunları gözləməsinə rəğmən, keçidim üçün “yaşıl işıq yandırdılar.

- Müqavilə hansı müddəti əhatə edəcək?

- Qarşıdakı iki ayı əhatə edəcək. Sonrakı mərhələ üçün mövsümün sonunda danışacağıq.

- Yeni komandana nə vaxt qoşulacaqsan?

- Martın 27-də səfərə çıxacağam və ertəsi gün rəsmi müqavilə bağlayacağıq. Amma ilkin anlaşmaya artıq hər iki tərəf imza atıb.

- Transfer niyə məhz indi baş tutdu?

- “Torpedo”nun əsas qapıçısı ukraynalı Yevgeni İvanyak idi. Məlum hadisələrdən sonra qolkiper Belçika klublarından birinə keçdi. Nəticədə Nijni Novqorod təmsilçisi mənimlə anlaşdı. Həm də Rusiya Mini-Futbol Assosiasiyası hazırkı məqamda klublara ancaq qapıçı transfer etməyə icazə verib.

- “Torpedo” hazırda Superliqanın lideridi və mövqeyini qorumağa çalışır. Digər tərəfdən, UEFA məlum məsələ ilə əlaqədar Rusiya klublarının və millisinin öz bayrağı altında təşkil etdiyi bütün yarışlarda iştirakına qadağa qoyub. Bu vəziyyətlə bağlı nə düşünürsən?

- Bu haqda danışmaq tezdi. Zaman özü hər şeyi tənzimləyəcək. İndiki məqamda komandanın məqsədi Rusiya çempionu olmaqdı. Məni də heyətə bu məqsədlə dəvət ediblər. Hələ ki, çempion olaq. Növbəti qərar zamanı təbii ki, real vəziyyəti dəyərləndirib, ona uyğun qərar verəcəm.

- “Araz-Naxçıvan”ı mayda çətin pley-off oyunları gözləyir. Belə məqamda gedişin klub rəhbərliyi tərəfindən necə qarşılandı? Onlar üçün çətin olmayacaq?

- Razıyam, “Araz-Naxçıvan”ı çətin pley-off mərhələsi gözləyir. İnanıram ki, bu heyət işinin öhdəsindən gələcək və qarşıya qoyulan məqsədə çatacaq. Açığı, qarışıq hisslər keçirirəm. İlk dəfə legioner həyatı yaşayacağam, başqa ölkənin çempionatında çıxış edəcəyəm. Əlbəttə, həm klubumdan razılıq almaq, həm də ayrılmaqla bağlı özümün qərar verməyim asan olmadı. Amma bu qərar hər iki tərəf üçün yaxşı şans və andır. Çalışacağam “Araz-Naxçıvan”ın adını uca edim, özümü yaxşı tərəfdən göstərim, digər oyunçularımız üçün də yol açım. “Araz-Naxçıvan” rəhbərliyinə gedişimə şərait yaratdığına görə təşəkkür edir, qarşıdakı oyunlarda uğur arzulayıram. Bu ad futzalımız üçün bir brenddir, onu qorumalı, uca tutmalıyıq.

- Bəs başqa klubdan necə, təklif var idi?

- Var idi. Bu mövsüm Fransanın iki klubundan təklif almışdım. İlk təklif yay fəslinə təsadüf etdi. Həmin vaxt komanda UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunlarına yollanmağa hazırlaşırdı. Səfərə çıxmağımıza az vaxt qalmışdı. Komandanın qarşısına isə mərhələ adlamaq, əsas raundda iştirak etmək tapşırığı qoyulmuşdu. Ona görə “Araz-Naxçıvan”dan ayrıla bilmədim. Qış fasiləsində gələn dəvət isə sərfəli deyildi.

- İlk dəfə legioner həyatı yaşayacaqsan. Darıxmayacaqsan?

- Bunun həyəcanını indidən yaşayıram. Darıxmayacağam, çünki peşəkar idmançıyam, öz qərarımın ardınca gedirəm. Çalışacağam karyeramda açılan yeni səhifə uğurlu alınsın, Bakıya Rusiya çempionu kimi dönüm.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

29-03-2022, 16:0

“Araz-Naxçıvan” Rövşən Hüseynliyə görə Rusiya klubundan təzminat istəyib - AÇIQLAMA

Aktual / İdman

14-05-2022, 22:0

Rövşən Hüseynli “Torpedo”da qalacaq, yoxsa vətənə qayıdacaq? - ÖZƏL AÇIQLAMA

Aktual / Manşet

12-04-2022, 16:0

Rövşən Hüseynlinin Rusiya superliqasında debüt etməsinə nə mane olur? - AÇIQLAMA

Ölkə futbolu / Manşet

29-05-2022, 12:0

"Bizim üçün yaxşı olacaq variant üzərində işləyirik" – Rövşən Hüseynli

Yığma

6-06-2022, 22:0

Rövşən Rusiya klubundan ayrıldı

İdman

19-04-2022, 16:0

“Araz-Naxçıvan”da Rövşən Hüseynlini o əvəz edəcək - ÖZƏL

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Son xəbərlər
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Dünən, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Dünən, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Dünən, 12:20
    Parisi tərk edəcək
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə