Yusuf Yazıcı Rusiyada xarüqələr yaratmaqda davam edir.
Qış fasiləsində icarə əsasında ''Lill''dən ÇSKA-ya keçən türkiyəli vinger Rusiya çempionatında hər oyunda qol vurur. Dünən premyer-liqanın 21-ci turu çərçivəsində ÇSKA səfərdə ''Lokomotiv''lə qarşılaşdı. ''Hərbçilər'' derbidə son 4 ildə bu rəqibi səfərdə yenə bilməmişdilər. Amma komanda bu dəfə 2:1 hesabı ilə üstün olaraq ardıcıl 5-ci çempionat oyununda xal itirmədi. Qələbənin əsasını 39-cu dəqiqədə Yusuf qoydu. 24 yaşlı futbolçu premyer-liqada meydana çıxdığı hər 3 qarşılaşmada ən yaxşı oyunçu seçilib! Ümumilikdə yeni komandasında Yusufun aktivində 4 rəsmi oyunda 3 qol, 2 məhsuldar ötürmə var.