Niderland 2-ci liqasında 11-cu turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Volendam”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.
Ozan matçın 74-cü dəqiqədə meydana buraxılıb.
“Telstar” 2-ci liqada 11 turdan sonra 12 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.