Futbol üzrə Niderland 2-ci liqasında 12-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
Yarımmüdafiəçinin komandası doğma meydanda “Helmond” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Ozan da bu matçın iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
“Telstar” 12 oyuna topladığı 16 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.