Ozan Canın komandası yenə uduzdu

30.04.2022 12:10 475
Dünya futbolu
Niderland 1-ci Liqasında 37-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Ozan Can Kökçünün formasını geydiyi "Telstar" doğma meydanda "Yonq Utrext"ə uduzub - 1:3.

Azərbaycan yığmasının sabiq üzvü də bu görüşün iştirakçısı olub. 23 yaşlı vinger qarşılaşmaya start heyətində başlayıb və 78-ci dəqiqədə əvəzlənib.

35 xalı olan "Telstar" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.