Niderland 2-ci liqasında 17-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, yarımmüdafiəçi Ozan Can Kökçünün forma geyindiyi “Telstar” da növbəti oyununa çıxıb. Kollektiv səfərdə “Oss”la qarşılaşıb - 1:1.
Qeyd edək ki, Ozan matçın iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının 51-ci dəqiqədə vurduğu bərabərlik qolunun məhsuldar ötürməsini də verib.