Ozan Can oynadı, komandası uduzdu

7.05.2022 09:10 524
Dünya futbolu
Niderland 2-ci liqasında 38-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Roda” ilə qarşılaşıb. Azərbaycan millisinin üzvünün komandası bu görüşdə də məğlub olub - 3:4.

Ozan da bu matçın iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Həmin vaxt 3:2 hesabıyla öndə olan “Telstar” qalan dəqiqələrdə 2 qol buraxmaqla ardıcıl dördüncü oyunda xalsız qalıb.

Qeyd edək ki, komanda 38 oyuna topladığı 35 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.