Konfrans Liqasının H qrupunun 2-ci turunda baş tutacaq "Omoniya" - "Qarabağ" matçını idarə edəcək hakimlər briqadası bəlli olub.
Qarşılaşmanı Şotlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək. Görüşün baş hakimi Bobbi Madden olacaq. Ona həmyerliləri Devid Rum və Alan Mulvenni kömək edəcək. Dördüncü hakim funksiyasını Kreyq Napyer yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" qarşılaşması Bakı vaxtilə saat 23.00-da start götürəcək.