Azərbaycanlı hakim Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
"Football-plus.az" saytının məlumatına görə, FIFA referisi Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu çərçivəsində keçirəcək "Fola Eş" -"Linfild" matçını idarə edəcək.
Əliyar Ağayevin yan xətdə köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Fola Eş" - "Linfild" qarşılaşması Bakı vaxtı ilə 21.30-da start götürəcək.