DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 7-də keçiriləcək Azərbaycan Portuqaliya ilə üz-üzə gələcək.
"Football-plus.az" saytının məlumatına görə, qarşılaşmanın hakimlər briqadası bəlli olub. Görüş italiyalı ədalət təmsilçiləri tərəfindən idarə ediləcək.
Baş hakim Marko Quidaya, Filippo Meli və Alessandro Kostanzo kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirəcək.