Renat qol vurdu, komandası məğlub oldu

27.04.2024 23:30 151
Dünya futbolu / Manşet
Türkiyə super-liqasında 34-cü turun oyunları davam edir.

“Football-plus.az” xəbər verir ki, bu gün millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” öz meydanında “Başakşehir"i qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi başa çatıb. Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard 70-ci dəqiqədə meydana daxil olub. O, komandasının yeganə qolunu vurub.

34 turdan sonra 33 xal toplayan "Hatayspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb