• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Beşiktaş” üçün Kadıköy səfəri yenə uğurlu alınacaq?

Dünya futbolu

27-04-2024, 13:0

Türkiyə çempionatında nəfəsləri kəsən çempionluq mübarizəsi yavaş-yavaş kuliminasiya nöqtəsinə yaxınlaşır.

Bu gün bütün diqqətlər Kadıköyə yönələcək. Ötən tur Sivasda büdrəməklə “Qalatasaray”dan 4 xal geri düşən “Fənərbaxça” doğma fanatları önündə “Beşiktaş”ı qəbul edəcək. Bakı vaxtı ilə saat 20.00-da başlayacaq İstanbul derbisi dünyanın 100-dən artıq ölkəsində canlı yayınlanacaq.

“Fənər” üçün “ya tamam, ya davam” oyunu
Bu qarşılaşma faktiki olaraq “Fənərbaxça” üçün “ya tamam, ya davam” oyunu olacaq. Çünki “sarı-lacivərdlilər” burda da xal itirsələr, riyazi cəhətdən olmasa da, psixoloji cəhətdən çempionluq mübarizəsinin bitəcəyinin fərqindədilər. Eyni zamanda İsmayıl Kartal uğursuzluq təqdirində birbaşa bu oyundan sonra istefa verə bilər. Hər halda Türkiyə mətbuatında hadisələrin bu cür axarı istisna edilmir. Digər tərəfdən 4-cü pillədə qərarlaşan “Beşiktaş” hər nə qədər çempionluq şansını çoxdan itirsə də, onların da qələbəyə ehtiyacı var. Çünki “Qartal” “Trabzonspor”la 3-cü pillə uğrunda mübarizəni davam etdirir. Bundan başqa 5-ci pillədəki “İstanbul BŞ” də cəmi 2 xal geridədi. Düzdü, “ağ-qaralar” kubokda yola davam edirlər və komanda ən pis halda avrokuboklara kuboku qazanmaqla da vəsiqə əldə edə biləcək. Amma “Beşiktaş”ın bu mövsüm “Qalatasaray”a hər iki oyunda, eləcə də “Fənər”ə ilk dövrədə evdə uduzduğunu nəzərə alsaq, nüfuz baxımından da oyun Sərdar Topraktəpənin kollektivi üçün az əhəmiyyət kəsb etmir.
“Fənərbaxça” başqanı Əli Koç dünənki məşqi ziyarət edərək oyunçuları ruhlandırmağa çalışıb. “Fənər”də əsas itki Ceyden Oostervoldedi. Bu futbolçu bilindiyi kimi zədə üzündən mövsümü başa vurub. Start heyətində yalnız bir mövqe sual doğurur. Şimanski uzun müddətdi, ümidləri doğrultmur və son qolunu yanvarda vurub. Mərt Hakan Yandaş zədədən yeni qayıtsa da, son məşqlərdə yaxşı formada olduğunu göstərib. Ona görə də oyun qurucusu mövqeyində məhz Mərt Hakanın oynayacağı istisna edilmir. Qonaqların heyətlə bağlı daha ciddi problemləri var. Svensson cəza, Zaynutdinov, Əmrəcan Terzi və Tayfur Bingöl isə zədə üzündən meydana çıxa bilməyəcək. Svenssonu müdafiənin sağ cinahında zədəsini sağaldan Onur Bulut əvəzləyəcək. Ən əsası “Beşiktaş”lıların yeni göz bəbəyi Semih Kılıçsoy da zədəsini sağaldıb. Ötən turu və həftəiçi kubok oyununu buraxmalı olan gənc forvard bu dəfə meydana çıxmağa hazır olacaq.

Kartalın 5-ci, Topraktəpənin ilk derbisi
Bu komandalar Türkiyə çempionatı çərçivəsində 136-cı dəfə dəfə üz-üzə gələcəklər. Əvvəki 135 oyunda “Fənərbaxça” qələbə sayında öndə olsa da (48:42), top fərqində bərabərlik var (156:156). Son 10 derbidə 5 bərabərliyin qeydə alınması diqqət çəkir. Bu müddətdə “ağ-qaralar” 3, “sarı-lacivərdlilər” 2 qələbə qazanıblar. Kadıköydəki çempionat matçlarında da meydan sahibləri qələbə sayında üstündü (16:11). Amma bəzi statistik məqamlar qonaqların lehinədi. Birincisi, “Beşiktaş”ın bu rəqibə qarşı son 3 səfər oyununda uduzmadığını bildirək (2 qələbə, 1 heç-heçə). Xüsusilə ötən mövsümkü parlaq qələbə hələ yaddaşlardan silinməyib. 2022/23-də “Qartal” Kadıköydə həm fasiləyə geridə yollanmasına, həm də ikinci hissənin əvvəllərində azlıqda qalmasına baxmayaraq 4:2 hesablı mükəmməl qələbə qazanmışdı. “Fənər” bu rəqibini evdə sonuncu dəfə 2019-un dekabrında məğlub edib (3:1). Daha bir diqqətçəkən statistika odu ki, “Beşiktaş” çoxdandı, “Fənər”ə bir mövsümdə iki dəfə uduzmur. Bu fakta sonuncu dəfə 2014/15-də rast gəlinib. O vaxt “Fənərbaxça” 2:0 və 1:0-lıq qələbələr qazanmışdı. Bu mövsümün ilk dövrəsində “Fənər”in üstün olduğunu nəzərə alsaq, bu seriyanın davam edib-etməyəcəyi maraq doğurur. Baş məşqçilərin duelinə gəlincə, İsmayıl Kartalın təcrübəsi daha çoxdu. Təkcə bir faktı vurğulayaq ki, müvəqqəti məşqçi vəzifəsini icra edən Sərdar Topraktəpə ilk dəfə derbi həyəcanı yaşayacaq. Kartal isə məşqçi karyerasında superliqada “Beşiktaş”a qarşı 10-cu oyununa çıxacaq. O, indiyə qədər “Fənərbaxça”, “Ankaragücü”, “Çaykur Rizəspor” və “Konyaspor”un başında bu rəqibə qarşı 9 superliqa matçından 4 qələbə, 2 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb. Diqqət çəkən məqam odu ki, 62 yaşlı mütəxəssis konkret “Fənər”in başında buna qədər 4 oyunun heç birində “Beşiktaş”a uduzmayıb (3 qələbə, 1 heç-heçə)! Sonda bir qədər hakimdən də danışaq. Bu prinsipial qarşılaşmanı Volkan Bayarslan idarə edəcək. 46 yaşlı ədalət təmsilçisi karyerasında 5-ci dəfə nəhənglərin oyununa təyinat alıb. Bir müddət öncə “Fənər”in “Qalatasaray”a qarşı U-19 komandası ilə çıxdığı və meydanı yarımçıq tərk etdiyi superkuboku da Bayarslan idarə etmişdi. Bundan başqa bu hakim cari mövsümdə “Trabzonspor”un “Beşiktaş”ı 3:0 yendiyi, eləcə də 2022/23-də “Trabzonspor”un evdə “Beşiktaş”la və “Beşiktaş”ın evdə “Fənərbaxça” ilə qolsuz bərabərliyə qaldığı oyunlarda da fit sahibi olub. Maraqlıdı ki, superkuboka qədər “Fənərbaxça” bu hakimlə heç vaxt məğlubiyyət acısı yaşamamışdı (11 oyun, 10 qələbə, 1 heç-heçə)! “Beşiktaş” isə indiyə qədər bu hakimin idarə etdiyi 9 matçın 6-da qələbə qazanıb (2 heç-heçə, 1 məğlubiyyət).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-05-2023, 10:0

Tarix “Qalatasaray” çempion olacaq” deyir

Dünya futbolu

10-12-2023, 18:0

''Fənərbaxça'' ''Beşiktaş''a qarşı səfər sindromuna son qoydu

Dünya futbolu

29-09-2022, 21:0

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Dünya futbolu

7-03-2024, 15:0

“Qalatasaray”ın çempionluq şansı 100 faizdi!

Dünya futbolu

19-04-2022, 22:0

Mançini ''Fənər'' və ya ''Beşiktaş''da işləyərmi?

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 213
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə