Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Aşdod” (İsrail) – “Qarabağ” və “Sumqayıt” – “Çukariçki” (Serbiya) görüşlərinin cavab oyunları üçün hakim təyinatları açıqlanıb.
İyulun 29-u oynanılacaq “Aşdod” (İsrail) – “Qarabağ” matçını Serbiyadan olan Novak Simoviç idarə edəcək. Ona həmyerliləri Nikola Coroviç və Miloş Simoviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Aleksandar Jivkoviç yerinə yetirəcək.
Günün digər matçı olan “Sumqayıt” - “Çukariçki” görüşünün baş hakimi isə danimarkalı Yorgen Burxardt olacaq. Yan xətt hakimləri Lars Hummelqard və Nils Hög, dördüncü hakim Sandi Putrosdu.
Qeyd edək ki, “Sumqayıt”ın oyunu saat 20:00-da, “Qarabağ”ın qarşılaşması isə 21:00-da başlayacaq.