“Neftçi”nin 3 futbolçusu “Turan Tovuz”la görüşdə iştirak etməyəcək

27.04.2024 23:59 167
Ölkə futbolu / Premyer-liqa
Misli premyer-liqasınım 32-ci turunda “Neftçi” “Turan Tovuz” ilə qarşılaşmada 3 oyunçusunun köməyindən yararlana bilməyəcək.

“Football-plus.az” xəbər verir ki, sözügedən futbolçular Emil Balayev, Mark Tamaş və Yeqor Boqomolskidi. Belə ki, Emil bərpa prosesi keçirdiyi üçün Tamaş ilə Boqomolski isə cəzalı olduqlarına görə matçı buraxmalı olacaq.