Konfrans Liqasının 5-ci turunda "Qarabağ" doğma meydanda "Omoniya"nı qəbul edəcək.
"Football-plus.az" saytının məlumatına görə, matça təyinat alan hakimlər açıqlanıb. Qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək:
Baş hakim: Morten Krox.
Baş hakimin köməkçiləri: Nils Höq, Şteffen Bek Bramsen.
Dördüncü hakim: Yorgen Dauqberq Burxardt.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21.45-də başlanacaq.