“Qalatasaray”ın futbolçusu Arda Turanla bağlı qərarını verib.
34 yaşlı yarımmüdafiəçi sevimli komandasındakı çıxışını davam etdirəcək.
Buna səbəbkar Fatih Terim olub. Baş məşqçi Ardanın da klubda qalmasını istəyib. Türkiyə millisinin sabiq üzvü tezliklə “cim-bom”la 1+1 il formatında müqavilə imzalayacaq.
Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Arda Turan ötən il yenidən “sarı-qırmızılılar”a qayıdıb.