Yığmamız ilk oyunda uduzdu

3.05.2024 10:40 154
Ölkə futbolu / Yığma
17 yaşadək qadın futbolçulardan ibarət millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, yığmamız Belarusa 1:3 hesabı ilə uduzub.

Komandamızın heyətində Ayşən Salamzadə fərqlənib. O, penaltini dəqiq yerinə yetirib.

U-17 sabah Qazaxıstan, mayın 7-də isə Türkiyə yığması ilə üz-üzə gələcək.