“Paltardəyişmə otağında qarışıqlıq olduğu üçün Samir müəllimə kimin zəng etdiyini bilmədim“

3.05.2024 23:50 193
Premyer-liqa
“Sumqayıt” son turda çempion “Qarabağ”ı məğlub edərək avrokuboklara vəsiqə şansını xeyli artırdı.

Xüsusən də “Zirə”nin sürpriz məğlubiyyəti “kimyaçılar”ın “çörəyinə yağ sürtdü”. Oyundan sonra futbolçular qələbəni qeyd edərkən baş məşqçi Samir Abasovla onlarla görüntülü danışdı. Bilindiyi kimi, Sumqayıt təmsilçisinin çalışdırıcısı təcrübə üçün İspaniyaya yollandığına görə “Qarabağ”la matçda komandanı meydana Mübariz Orucov çıxarmışdı. Baş məşqçi ilə görüntülü danışmaq ideyasının kimdən gəldiyini öyrənmək üçün klubun media və marketinq qurumunun rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq:
“Paltardəyişmə otağında qarışıqlıq olduğu üçün Samir müəllimə kimin zəng etdiyini bilmədim. Ancaq ya köməkçi məşqçi Seymur Rəhimov, ya da digər məşqçi Mübariz Orucov belə təşəbbüsə əl atdı”.