• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ Qətər epoxasında 10-cu çempionluğu qazandı...

Dünya futbolu

3-05-2024, 18:0

PSJ Fransa çempionudu.

”Football-plus.az” xəbər verir ki, əslində əvvəlki cümlənin sonunda bir qayda olaraq, nida işarəsi qoyulur. Ancaq nədənsə alınmır – bu hadisə o qədər adiləşib ki... Hətta son çempionluq bir qədər qəribə alındı. Axı şənbə günü – Qətər epoxasında keçirilən 700-cü oyun üçün “Park de Prens” xüsusi hazırlaşmışdı, stadionda bayram ab-havası hökm sürürdü. Amma stadiona toplaşanlar elitadan düşmək təhlükəsi yaşayan “Havr”la oyunda heç-heçə gördü. Nəticədə titula divanda əyləşmiş vəziyyətdə yetişdilər. Ertəsi gün “Monako”nun Liondakı məğlubiyyətinin sayəsində. Artıq qonaqlar dağılışandan, bayram süfrəsi yığışdırılandan sonra. Odu ki, sadəcə, faktın konstatasiyası ilə məşğul olaq: Parisin artıq 12 çempion titulu var, bunlardan onu isə indiki sahiblər kluba gələndən sonra qazanılıb. Yeri gəlmişkən, onların milyonları dərhal effekt vermədi. 2012-ci ilin yazında finişə “Monpelye” birinci çatdı. Qəribə çempionluq idi! Elə 2017-də “Monako”nun titulu qazanması kimi. Və ya 2021-ci ili xatırlayaq. Maurisio Poçettinonun heç nə qazana bilməməklə bağlı “unikal” bacarığı “Lill”in sensasiyalı yüksəlişi ilə üst-üstə düşdü.

Ardından həmin möcüzənin yaradıcılarını – “şimallı itlər”in baş məşqçisi Kristof Qaltye ilə çempion heyəti yığan Luiş Kampuşu “Park de Prens”ə çağırdılar. Bu ideyadan yaxşı heç nə çıxmadı, ancaq məhz həmin vaxt parislilərin prezidenti Nasser Əl-Xelayfi klubun imicini dəyişmək ideyasını irəli sürdü. Yəni PSJ daha az qlamurun və klub naminə daha çox fədakarlığın olduğu modelə keçdi. Neymarla Messinin gedişinə də həmin strategiyanın bir anı kimi baxmaq lazımdı. Lap yaxınlarda isə Mbappe də Fransanın paytaxtı ilə vidalaşır. Onunla vidalaşmaya hazırlıq bəlkə də Fransada mövsümün ən yaddaqalan hadisəsidi.

Luis Enrike jurnalistlərin ehtiyatda qalması və ya bu statusda olan oyunçuya yaraşmayan tərzdə erkən əvəzlənməsi ilə bağlı suallardan bezib. İspaniyalı mütəxəssis yeni mövsümün startını gözləmədən komandasına əsas ulduzu olmadan oynamağı öyrədir, onun pedaqoji istedadını alqışlamaq lazımdı.
Enrikenin və klub rəhbərliyinin qərarı ilk vaxtlar ipə-sapa yatmayan ulduzu tərbiyələndirmək cəhdi kimi görünürdüsə, sonradan bu durumu fərqli dəyərləndirmək lazım gəldi. Bəlkə də bir müddət sonra Mbappe həmin günlərdə ona necə çətin olduğu haqda danışacaq, ancaq publika önündə özünü elə aparırdı ki, üzündə güllər açırdı. Ən vacibi odu ki, idman planında hər şey normal idi. Daxili arenada az oynamaqla təzə-tər qalan forvard Çempionlar Liqasında əvəzolunmaz fiqura çevrilib. “Real Sosyedad”ın qapısına üç, “Barselona”nın qapısına iki qol vurub. Kilianı irəlidə heç də qorxunc olmayan “Borussiya” ilə duellər gözləyir. Arzuya çatmaq və “Real”a keçid ərəfəsində Parisə “qulaqlı” kubok qazandırmaq istəyi göz önündə artır.

Komanda isə - bəzən cırıltı və ağrı içində olsa da – tədricən dəyişir. Get-gedə ulduzların sayı azalır, ancaq gələcəyin komandası qurulur. Digər tərəfdən, Qonsalo Ramuş, Kolo Muani, Vitinya, Uqarte, Barkolya, Li Kan İn, Lukas Beraldo – bunlar artıq gerçəkdi. Elə martın əvvəlində 18 yaşını qeyd edən, istedadına uyğun şərtlər əsasında yeni müqavilə bağlayan Zair-Emeri də.

İndi o, Əl-Xelayfinin əsas komandada parisli oğlanların sayının çox olmasıyla bağlı utopik, ancaq gözəl arzusunun rəmzidi. Ancaq bəlkə də bu arzuda ötənlərin səhvlərini düzəltmək cəhdi də gizlənir. Hansı ki, klub dəvət olunan ulduzların ayağının altına milyonlar tökür, başqa komandalarda parlayan Nkunku, Menyan, Genduzi, Diabi və Koman (Çempionlar Liqasının finalında PSJ-nin qapısına həlledici topu vurdu) kimi istedadlarını əldən verirdi. Paris komandasının indiki heyəti daha sistemli və balanslaşdırılmış, eyni zamanda ulduzların əhval-ruhiyyəsindən daha az asılıdı. Yeri gəlmişkən, ötənilki debütantlar da yaxşı mənada seçilir. İstər Şkrinyar olsun, istərsə Ernades - sözün yaxşı mənasında zəhmətkeşdilər. Onlar Parisin yenilənmiş göydələnini zəlzələyədavamlı edən sement kimidi.

Ancaq yenə də Mbappe effektini unutmayaq. 43 qol və 10 məhsuldar ötürməni necə bir kənara atmaq olar?! Bax, o, qəti şəkildə komandadan ayrılandan sonra yeni PSJ-nin necə olacağı, Çavi Simonsun “Leyptsiq”dən necə dönəcəyi, Enrikenin uslubunun komandanın daha aqressiv oyununa nə dərəcədə uyğun gələcəyi haqda ciddi şəkildə mülahizə yürütmək mümkün olacaq. Hələ ki görünən gerçəyi konstatasiya etmək lazımdı – daxili arenada PSJ-ya bərabər rəqib yoxdu.
Liqa 1-də parislilərin arxasında qərarlaşan komandalara baxaq. “Monako” yetərincə gənc və resurslar baxımından məhdud imkanlara malik komandadı. Adi Hütteri tapana qədər də müntəzəm baş məşqçilərini dəyişirdi. “Brest” cari mövsümün sensasiyası olsa da, perspektivi aydın deyil. “Lans”ın ötənilki sıçrayışın ardından iki cəbhədə mübarizə aparmaq üçün gücü çatmadı. Hazırda “Mançester Yunayted”i dirçəltməyə çalışan Cim Retklifin sahibi olduğu “Nitsa” oyunçuları inkişaf etdirən məktəbdi. Və ya “Marsel”... Bir mövsüm ərzində üç dəfə məşqçi dəyişən – bunlardan birini radikal ultrasın tələbi ilə - komanda PSJ-yə hansı mübarizə şəraiti təklif edə bilər? Nəhayət, yuxarıda adı çəkilən klublardan heç birinin hazırda parislilərin malik olduğu maliyyə imkanlarına yaxın durası halı yoxdu. Bu üzdən onlar Neymarla Messisiz də birincidi, hətta Mbappesiz də birinci olmalıdılar. Əlbəttə, “Monako” və ya hansısa biri yaxın vaxtlarda ərəb şeyxlərinə satılmasa!

Paylaş:
Digər xəbərlər

İdman

13-12-2023, 15:0

Ferstappen sərxoş olanda da məğlubedilməzdi!

Dünya futbolu

30-08-2023, 22:0

PSJ ilk qələbəsini qazandı, “Monako” ilk dəfə xal itirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 10:0

Liderlər qələbə qazandı, “Marsel” yenə büdrədi - TURUN ŞƏRHİ

İdman

24-06-2022, 21:0

“Qolden Steyt” 7-ci çempionluğu qeyd etdi

Dünya futbolu

30-04-2024, 18:0

“Monako” uduzdu və ...PSJ-ni çempion etdi - TURUN ŞƏRHİ

Aktual
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Son xəbərlər
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Dünən, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Dünən, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Dünən, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Dünən, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
  • Dünən, 14:17
    "Turan Tovuz" Ayxan Hüseynovla vidalaşdı
  • Dünən, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Dünən, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 241
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 229
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə