"Qalatasaray"ın baş məşqçisi Domenek Torrent futbolçusu Arda Turanı komandanın heyətində görmək istəmədiyini bildirib.
Bu barədə yerli mətbuat xəbər yayıb. İstanbul təmsilçisi 35 yaşlı hücumçunu qarşıdakı bir neçə həftə ərzində də komandanın heyətinə daxil etməyi düşünmür. Buna səbəb isə Ardanın fiziki cəhətdən və sürət baxımından digər oyunçulardan geri qalmasıdı. Ona görə də forvard mövsümün sonuna qədər yalnız məşqlərdə iştirak edəcək. Baş məşqçi Domenek Torrent məcbur qalmayacağı təqdirdə Arda Turanı meydana buraxmayacaq.