• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Terim 23 il əvvəlki aqibətlə üzləşə bilər

Dünya futbolu

3-05-2024, 21:0

Fatih Terimin “Panatinaikos”u mövsümün ən həlledici məqamında fanatlarını üzməyə başlayıb.

“Football-plus.az” xəbər verir ki, Afina nəhəngi son iki turda əvvəlcə səfərdə AEK-ə (0:3), sonra da evdə “Aris”ə (0:1) boyun əydi. Halbuki komanda hər iki oyunda qalib gəlsəydi, indi inamla turnir cədvəlinə başçılıq edirdi! Belə görünür, tanınmış türkiyəli mütəxəssis “Panatinaikos”un 14 illik çempionluq həsrətinə son qoya bilməyəcək. Komanda sona 2 tur qalmış lider AEK-dən 4 xal geridədi və çempionluq şansı artıq möcüzəyə bərabərdi. Üstəlik son iki turda “Pana”nı çox çətin rəqiblər – PAOK və “Olimpiakos”la oyunlar gözləyir. Komanda mövsümə mayın 25-də “Aris”ə qarşı kubokun final matçı ilə yekun vuracaq. Son uğursuzluqlar Terimin Yunanıstandakı nüfuzuna ciddi zərbə vurub və onu fanatların gözündən salıb. Xüsusilə həmyerlimiz Əliyar Ağayevin idarə etdiyi son oyunda evdə “Aris”ə qarşı məğlubiyyət həm “Panatinaikos”, həm də Terim üçün ciddi zərbə oldu. Təsadüfi deyil ki, həmin qarşılaşmadan sonra “Panatinaikos” fanatları “İmperator”u fitə basdı. Təcrübəli mütəxəssis özü də bu durumdan şoka düşərək “karyeramda ilk dəfə fitə basıldım, bu yaşda qismətimdə bunu yaşamaq da var imiş” açıqlamasını verdi. Bundan başqa, 71 yaşlı məşqçi “Aris”lə oyundan sonra keçirilən mətbuat konfransından bütün məsuliyyəti üzərinə götürərək “heç vaxt futbolçularımı günahlandırmamışam. Deyiləsi çox şey var. Mövsüm bitəndən sonra bütün düşüncələrimi açıq şəkildə söyləyəcəm” ifadələrini işlətdi. Onun bu sözləri mövsüm bitəndən dərhal sonra istefa verəcəyi kimi qiymətləndirildi. Yunanıstan mətbuatının yazdığına inansaq, “Panatinaikos” rəhbərliyi Terimdən narazıdı və başqan Yannis Alafuzos ən qısa müddətdə onunla yolları ayırmaq istəyir. Hətta “Sportal” nəşrinin yazdığına görə, rəhbərlik hələ AEK-ə məğlubiyyətdən sonra Terimdən ümidini kəsdi. “Aris”ə məğlubiyyət isə son damla oldu. Xəbərdə qeyd olunub ki, Terim kubokun finalına qədər qovulacaq və hazırda yeni məşqçinin axtarışı davam edir. Terim kubokun finalına qədər qovulsa, belə desək, 23 il əvvəlki taleyi ilə yenidən barışmalı olacaq. 2000/01-də onun çalışdırdığı “Fiorentina” İtaliya kubokunun finalına yüksəlsə də, “İmperator” həlledici oyuna çıxmadan qovulmuşdu. Həmin vaxt “Fio” finalda “Parma”ya qalib gələrək kubokun qalibi olmuşdu. Maraqlıdı ki, bu, indiyə qədər də florensiyalıların qazandığı son tituldu!

Bu arada 2012-ci ildən bəri “Panatinaikos”un prezidenti vəzifəsini icra edən, indiyə qədər kluba 120 milyon avrodan çox vəsait ayıran iş adamı Yannis Alafuzos dünən Yunanıstan mətbuatına açıqlamalar verib. O, Terim ilə Acun Ilıcalının sayəsində tanış olduğunu etiraf edib:

“Oktyabrda işlər pis getməyə başladı. Biz artıq həmin vaxt məşqçi axtarışındaydıq. “Makkabi” ilə oyundan sonra düşündüm ki, dəyişiklik üçün ən ideal zamandı. Həmin an yalnız Paulo Souza ilə danışıq apardıq. Onunla Madriddə görüşdüm. Amma bir futbolçunu heyətdən kənarlaşdırmağımızı istədi. Belə bir tələbi oldu. Biz də bunun doğru olmadığını və bu durumun komanda daxilində problemlər yarada biləcəyini düşündük. Onu məşqçi kimi çox bəyənsəm də, razılıq əldə edə bilmədik. Acun Ilıcalı ilə uzun müddətdi dostuq. Dürüst və təvazökar insandı. Onunla bu durumu bölüşərkən mənə “mükəmməl, xaraktercə qazanan və lider olan bir dostum var, onu məsləhət görə bilərəm” dedi. Dekabrın 25-də onun Türkiyədəki ofisində ilk dəfə Terimlə görüşdüm. Həm xarakter, həm də aşıladığı enerji baxımından onu çox bəyəndim. Təklifi qəbul etdi. Bəli, Souzadan bahalı məşqçidi. Əvvəlcə yalnız 6 aylığa gəlmək istədi. “Çempion ola bilməsəm, mövsümün sonunda ayrılacam” dedi. Mən də ona “xeyr, əvvəlcə ilyarımlıq müqaviləyə imza at, sonrasına baxarıq. Ümid edirəm ki, bu müddətdən daha çox qalacaqsan” dedim. Yeri gəlmişkən, Acun bizə Bakasetasın transferində də çox yardım etdi. Türkiyədə çox nüfuzlu bir şəxsdi. Onu hər kəs tanıyır”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-02-2024, 19:0

Terim “Olimpiakos”u çempionluq mübarizəsindən kənarlaşdırdı

Dünya futbolu

30-04-2024, 17:0

Fatih Terim Əliyar Ağayevə bir söz demədi...

Dünya futbolu

13-03-2024, 12:0

Terimin ''Panatinaikos''u yenə əzəli rəqibini devirdi

Dünya futbolu

2-03-2024, 15:0

Terimin komandası bu dəfə büdrəmədi

Dünya futbolu

14-02-2024, 14:0

Terimin komandası addım-addım zirvəyə yaxınlaşır

Dünya futbolu

30-01-2024, 14:0

Terim Yunanıstanda ilk məğlubiyyətlə üzləşdi

Aktual
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Mikels mövsümün ən yaxşı oyunçusudu!
“Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
Son xəbərlər
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Dünən, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Dünən, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Dünən, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Dünən, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
  • Dünən, 14:17
    "Turan Tovuz" Ayxan Hüseynovla vidalaşdı
  • Dünən, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Dünən, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
  • Dünən, 12:54
    Mikels mövsümün ən yaxşı oyunçusudu!
  • Dünən, 12:22
    “Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
  • Dünən, 11:51
    Daha nə istəyirik?! - KÖŞƏ
  • Dünən, 11:20
    Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
  • Dünən, 10:57
    Fransa və Norveç də pley-offa vəsiqə qazandı - DÇ səhəri
  • Dünən, 10:19
    Buntiç "Qarabağ"ı Portuqaliya klubuna dəyişdi
  • Dünən, 10:00
    İtaliya klubunu tərk etdi
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 227
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 221
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 204
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 200
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə