Arda Turanla Fatih Terimin “Futbol+”in əməkdaşının zənginə və mesajına cavab verməməsini normal qəbul etməliyəm yox, etməkdə borcluyam. Hər ikisi Türkiyə futbolunun rəmzlərindən sayılır, adları dillər əzbəridi, hələm-hələm kamera və mikrofon qarşısına keçmirlər. Keflərinin cağ vaxtına düşə gərək. Onu da kimdi gözləyən? Xülasə Turanla Terim dünənki zənglərimə cavab verməyi lazım bilmədilər.
Elə bunu demişdim ki, kollektivimizin yeni əməkdaşı İlkin dilləndi: “sizə Arda cavab vermir. Mən ki türk həmkarlarımızla danışmaqda çətinlik çəkirəm. Bir neçəsinə yazmışam, ikisindən səs çıxdı. Çalışdıqları qurumla əməkdaşlıq etdiklərinə görə başqa mətbu orqana açıqlama vermək ixtiyarlarının olmadığını dedilər”.
Yalan deyiblər, həm də gözlərinin içinə qədər. Adamların içində sadiqlik, özününkünü başqasına satmamaq hissi var və ona sadiqlik nümayiş etdiriblər. Bəli, sən-mən onlar üçün başqasıyıq. Dillərdə hər nə qədər qardaşlıq nəğmələrinin sözləri gəzsə də, işin içi tam başqadı. 100 türkdən 90-nı səni-məni başqası gözündə görür, özünü bizdən üstün tutur, yeri gələndə yerimizin hara olduğunu göstərir. Millət ayrı-seçkiliyi aparmaq niyyətində deyiləm. Əzizlərim Türkiyədə yaşayır, özümün də bir ayağım ordadı. Əksinə, özləri özlərinə qiymət verdikləri üçün onları alqışlayıram.
Sözüm bizimkilərədi. Sizə qurban olum, başınıza dönüm, lazım gəlsə, ayağınızın altında ölüm, “Qalatasaray” sevdasını, Türkiyə futboluna, nə bilim, futbolçusuna, daha nəyinə olan sevginizi bir müddət kənara qoyun. Dəyərli jurnalistlər, Türkiyədən zəng gələndə “əriməyin”. Dəyərli klub rəsmiləri, türk jurnalist əlaqə saxlayanda öz dilimizdə danışın. Dəyərli azarkeşlər, sosial şəbəkələrdə müzakirələr aparanda “Qalatasaray” sevginizi kənara qoyun.
“Neftçi”ni sevməyə bilərsiz. Sevməyin, öz işinizdi. Amma “Qalatasaray” aşiqi olduğunuzu da bu dərəcədə onlara bildirməyin. Arda Turanla Fatih Terim zəngimizi cavabsız qoyursa, türk jurnalist sonra başı ağrımasın deyə azərbaycanlı həmkarına “Qalatasaray” haqda danışmaq istəmirsə, biz niyə əldən-ayaqdan getməliyik? Niyə qarşılarında ucuzlaşmalıyıq? Türk dilində danışa bilməyən qarşı tərəf başa düşsün deyə, özünü niyə gülünc vəziyyətə salmalıdı? Danışma da, a kişi. Nə məcburdu? Sən öz dilində danış, qoy o səni başa düşməyə çalışsın.
Onsuz da dünyanın hər yerində özümüzü ucuz tutmuşuq və tutmaqda davam edirik. Heç olmasa, evimizin içində ucuzlaşmayaq.

Son xəbərlər

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Yığmalarımızın rəqibləri bilindi

Bütün xəbərlər