''Qalatasaray''ın ulduzu üçün 2026 başa çatdı!

29.11.2026 15:00
Dünya futbolu
Viktor Osimhendən fərqli olaraq Rafael Leaodan ''Qalatasaray''a müjdəli xəbər gəlməyib.

Əməliyyat olunan Osimhenin ağrıları bitib və onun bazar ertəsi ''Beşiktaş''la derbidə adının iştirak ərizəsində olacağı gözlənilir. Leaonun dönüşü isə əksinə bir qədər də gecikəcək. ''Amed SF'' ilə oyunda zədələnən portuqaliyalı ulduzun sağ baldır əzələsində problem aşkarlanmışdı. Müalicəsini Qətərdə davam etdirən portuqaliyalı futbolçunun ilkin ehtimallara görə dekabrın 8-də AEK-ə qarşı Çempionlar Liqası matçında geri dönəcəyi güman edilirdi.

Ancaq Türkiyə mənbələrinin yazdığına inansaq, 27 yaşlı futbolçunun zədəsi gözləniləndən ciddi imiş. Leao artıq ilk dövrəni başa vurub və 2026-nın sonuna qədər bir daha meydana çıxmayacaq! Mövsümün əvvəlində böyük ümidlərlə ''Milan''dan transfer edilən Leao gələn həftə İstanbula dönərək fərdi məşqlərə başlayacaq. Onun bir daha ikinci dövrənin ilk matçında - gələn ilin yanvarın 17-də ''Qaziantep''lə oyunda meydana çıxacağı proqnozlaşdırılır.

Leao bu mövsüm İstanbul nəhənginin heyətində iştirak etdiyi 11 rəsmi oyunda aktivinə 2 qol, 1 məhsuldar ötürmə yazıb.