Maraqlıdı, “Sabah” bu problemlə bağlı qarşı tərəfə irad bildiribmi? Nasazlığın nədən qaynaqlandığı araşdırılıbmı?
Bu suallarla “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Həmkarımız “Football-plus.az”a açıqlamasında məsələ ilə bağlı ətraflı məlumat üçün “iticket.az”a müraciət etməli olduğumuzu bildirdi və bu sözləri əlavə etdi:
“Hər oyundan sonra müxtəlif məsələlərlə bağlı qarşı tərəflərlə müzakirə aparılır, müvafiq çatışmazlıqlar araşdırılır və bir daha təkrarlanmaması yönündə addımlar atılır”.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən ÇL-nin liqa mərhələsinin 5-ci tur matçını tribunalardan 66321 tamaşaçı izləyib.
KƏNAN BAHADIR





