"Neftçi" kubok oyununun hazırlığını başa vurdu

1.12.2025 18:59 23
Ölkə futbolu
"Neftçi" Bizon ölkə kubokunun 1/8 final mərhələsində qarşılaşacağı “Zirə” ilə matçın hazırlığı yekunlaşıb.

"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Xatırladaq ki, sabah Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 19.00-da başlayacaq.