"Neftçi"nin daha bir legioneri "Turan-Tovuz"a qarşı oynamayacaq

29.09.2023 14:32 238
Premyer-liqa
"Neftçi" premyer-liqanın 8-ci turunun "Turan-Tovuz"la görüşünə daha bir itki ilə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar” sabahkı matçda Andre Şinyaşikinin xidmətindən istifadə edə bilməyəcək.

Premyer-liqasının 7-ci turunun “Zirə” ilə oyununda (1:1) zədələnən “Neftçi”nin vingerinin zədəsinin ciddi olduğu üzə çıxıb.

Şinyaşiki zədə səbəbindən, Yuri Matias isə vərəqə cəzalısı olduğu üçün sabahkı görüşü buraxmalı olacaq.

“Turan-Tovuz” – “Neftçi” matçı sabah Tovuz şəhər stadionunda keçiriləcək və saat 16.00-da başlayacaq.