İki nominasiyanın qalibi oldu

10.03.2024 13:40 200
Avropa Liqası
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyanın qalibi Pyer-Emerik Obameyanq olub. “Marsel”in hücumçusu “Qarabağ”ın oyunçusu Olavio Juninyonu, Stefan Əl-Şaaravini (Roma) və Darvin Nunyesi (Liverpul) qabaqlayıb. Xatırladaq ki, Obameyanq 1/8 final mərhələsinin “Vilyarreal”la ilk oyununda komandasının 4:0 hesablı qələbəsində dubl etməklə böyük rol oynamışdı.

Obameyanq UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda ilk oyunlarda vurulan ən baxımlı qolun müəllifi kimi də 1-ci yeri tutub.