FİFA və UEFA Şəhriyar Rəhimovun vəfatı ilə bağlı başsağlı verib

31.08.2023 13:51
Ölkə futbolu
Millimizin sabiq üzvü Şəhriyar Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar FİFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

FİFA və UEFA-nın rəhbərliyi adından Azərbaycan futbol ailəsinə başsağlığı verilib.

Qeyd edək ki, Ş.Rəhimov bu ay xərçəng xəstəliyindən dünyasını dəyişib.