FİFA və UEFA Şirxan Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verdilər

11.05.2023 11:34 281
Aktual
FIFA və UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Qarabağ” klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar başsağlığı veriblər.

"Football-plus.az" xəbər verir ki, hər iki qurum tərəfindən AFFA-ya müvafiq məktub ünvanlanıb.

FIFA-nın prezidenti Canni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin imzaladığı məktublarda futbolçunun ailəsinə, AFFA-ya, millidə və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına təşkilatlar adından başsağlığı verilib.

Qeyd edək ki, Şirxan Həsənzadə mayın 8-də vəfat edib.