Azərbaycanlı futbolçu vəfat etdi

11.06.2024 23:50 284
Aktual
Ötən mövsümü icarə əsasında “Səbail” U-19 komandasında keçirmiş, müqavilə ilə "Sabah"a məxsus olan Amid Alxasov faciəvi şəkildə dünyasını dəyişib.

“Football-plus.az” xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

"Səbail" və "Sabah" Amid Alxasovun vaxtsız vəfatı ilə əlaqədar doğmalarına və yaxınlarına dərin başsağlığı verib.