"Qarabağ" - "Viktoriya" matçına bilet istəyənlər üçün şad xəbər

16.08.2022 12:30 1 077
Aktual / Günün xəbəri
Sabah Çempionlar Liqasının pley-offunda "Qarabağ" "Viktoriya" ilə qarşılaşacaq.

Football-plus.az xəbər verir ki, görüşə maraq olduqca çoxdu. Qarşılaşmada anşlaq olacağı gözlənilir. Ağdam təmsilçisi bu səbəbdən də daha 2500 bileti satışa çıxarıb. Bu məlumatı bu gün keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında "köhlən atlar"ın mətbuat katibi Gündüz Abbaszadə deyib:

"Çexiyalı azarkeşlər Bakıya gəlməyəcəklər. Onlar üçün ayrılmış sektorun biletləri də satışa çıxarılacaq. Bu gün daha 2500 bilet öz sahibini tapacaq".