Bakıda keçiriləcək bu oyunun biletləri tükəndi

2.08.2023 12:30 2 437
Aktual / Konfrans Liqası
Sabah Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə "Neftçi "Jelezniçar"ı qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmaya maraq böyükdü. Görüşün biletləri "iTicket.az" saytında satılır.

Redaksiyamıza klubdan verilən məlumata görə, artıq onlayn biletlərin hamısı öz sahibini tapıb. Oyunu tribunadan izləmək istəyənlər sabah 8-ci km stadionundan bilet əldə edə bilərlər.

Maraq üçün bildirək ki, arenanın kassalarında cəmi 1500 bilet satışa çıxarılacaq.

Qeyd edək ki, sözügedən matç sabah saat 21.00-da start götürəcək.

İLKİN SULTANLI