“Turan Tovuz" bu gün ilin ilk oyununu keçirəcək

17.01.2026 11:23 12
Ölkə futbolu
Türkiyənin Antalya bölgəsində hazırlığı davam etdirən "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Kurban Berdıyevin komandası Polşa "Poqon"u ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.

Xatırladaq ki, “Turan Tovuz” ilk oyunu yanvarın 10-da Rumıniya təmsilçisi “Hermanştadt” qarşı keçirməli idi. Lakin tərəflərin qarşılıqlı razılığına əsasən yoxlama oyunu ləğv olunub.