“Sabah” basketbol klubunun U-18 komandası bu gün Çempionlar Liqasında sonuncu oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 13.00-da start götürəcək qarşılaşmada Azərbaycan təmsilçisi 7-8-ci yerlər uğrunda mübarizə aparacaq. Gənc basketbolçularımızın rəqibi Türkiyənin “Tofaş” kollektivi olacaq.
Qeyd edək ki, “Sabah”ın U-18 komandası daha əvvəl 5-8-ci yerlər uğrunda keçirilən matçda Serbiya “Borats"ına 60:67 hesabı ilə uduzub. Qrup mərhələsində isə təmsilçimiz Almaniya “Porşe BBA Lyudviqsburq”una qalib gəlsə də (72:61), ilk oyunda Bosniya və Hersoqovina “İqokea”sına (58:88) məğlub olmuşdu.