Üçqat olimpiya çempionu olan amerikalı Karmelo Entoni 2025-ci ildə Basketbol Şöhrət Zalına daxil ediləcək.
Bu barədə ESPN telekanalının jurnalisti Şems Çaraniya "X" sosial şəbəkə hesabında yazıb.
40 yaşlı Entoni MBA karyerasında "Denver", "Nyu-York", "Oklahoma-Siti", "Hyuston", "Portlend" və "Leykers" komandalarında çıxış edib. O, 10 dəfə "Ulduzların oyunu"nda iştirak edib.
ABŞ millisi ilə 2008, 2012 və 2016-cı ildə keçirilən Olimpiadalarda qızıl, 2004-cü ilin Olimpiadasında isə bürünc medal qazanıb.