“Çelsi”nin və “Arsenal”ın sabiq qapıçısı Petr Çexin adı premyer-liqanın Şöhrət Zalına daxil edilib.
"Football-plus.az" xəbər verir ki, bu məlumatı qurumun saytı yayıb.
Çex azarkeşlər və ekspertlər arasında keçirilən səsvermə nəticəsində belə şərəfə layiq bilinib. Bu il Premyer-Liqanın Şöhrət Zalına daxil olan ilk şəxslər Aleks Ferqyuson, Arsen Venger və Rio Ferdinand olub. Şöhrət Zalı 2021-ci ildə təsis edilib. Bura Alan Şirer, Tyerri Anri, Erik Kantona, Roy Kin, Frenk Lempard, Dennis Berqkamp, Stiven Cerrard, Devid Bekhem, Pol Skoulz, Didye Droqba, Vensan Kompani, Serxio Aquero, Patrik Vieyra, Ueyn Runi, Yan Rayt və Peter Şmeyhel də daxildi.
Xatırladaq ki, Çex “Çelsi” və “Arsenal”da keçirdiyi 443 matçın 202-də məğlub olub. O, “zadəganlar”ın heyətində 4 dəfə İngiltərə çempionluğunu və ölkə kubokunu qazanıb. Petr həmçinin 3 dəfə Liqa kubokunda və 2 dəfə İngiltərə Superkubokunda qələbə qazanıb. Çexin “Çelsi” ilə Çempionlar Liqasının və Avropa Liqasının qalibi olduğunu xüsusi vurğulayaq. “Arsenal”da isə 1 dəfə İngiltərə kubokunu və 2 dəfə ölkə superkubokunu qazanıb.