O da Şöhrət Zalına layiq bilindi

28.03.2024 22:50 163
Dünya futbolu
Eşli Koul İngiltərədə böyük şərəfə layiq bilinib.

"Football-plus.az" xəbər verir ki, “Çelsi” və “Arsenal”ın sabiq oyunçusunun adı Premyer-Liqanın Şöhrət Zalına daxil edilib.

Keçmiş müdafiəçi azarkeşlərin və ekspertlərin iştirakı ilə keçirilən səsvermədə qalib gəlib. Koul 2024-cü ildə Şöhrət Zalına layiq görülən ilk futbol adamı olub. İngiltərə millisinin sabiq üzvü “Arsenal”ın yetirməsidi. 1998-ci ildə “topçular”ın əsas komandasında debüt edən Koul 2006-cı ildə “Çelsi”yə keçib və 2019-cu ildə “Derbi Kaunti”nin oyunçusu kimi karyerasını başa vurub. O, “Arsenal”la iki dəfə İngiltərə premier-liqasının qalibi olub, ölkə kubokunu və superkubokunu qazanıb. Eşli “Çelsi” ilə də İngiltərə çempionatının, həmçinin Çempionlar Liqası və Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, Premyer-Liqanın Şöhrət Zalı 2021-ci ildə təsis edilib. Bu zala Rio Ferdinand, Aleks Ferqyuson, Arsen Venger, Alan Şirer, Tyerri Anri, Erik Kantona, Roy Kin, Frenk Lempard, Dennis Berqkamp, Stiven Cerrard, Devid Bekhem, Pol Skoulz, Didye Droqba, Vensan Kompani, Serxio Aquero, Patrik Vieyra, Ueyn Runi, Yan Rayt, Peter Şmeyhel və Petr Çex daxildi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul