Metro "Sabah"ın oyununa görə gec bağlanacaq

24.11.2026 14:37 0
Avrokuboklar
Sabah Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı ilə əlaqədar metronun "qırmızı xətt"ində (M1) iş vaxtı bir saat uzadılacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, "qırmızı xətt"in bütün stansiyaları saat 01.00-dək sərnişinlərin girişinə açıq olacaq.

Stansiyalara əlavə işçi qüvvəsi cəlb edilməklə nəzarət gücləndiriləcək. Qarşılaşmadan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək.

Gün ərzində isə qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.

Metronun "yaşıl" (M2) və "bənövşəyi" (M3) xətlərində iş rejimi dəyişdirilməyəcək.