“Şaxtyor” zirvənin tək sahibidi - İCMAL

16.10.2026 12:57 45
Dünya futbolu
Ukrayna çempionatında hesabat turu “Şaxtyor”un vahid lider olması ilə nəticələndi. Ona görə ki, “Polesye” xal itirdi.

“Veres”in hücumçusu Baran 38-ci dəqiqədə meydandan qovulmasaydı, bəlkə də hər şey başqa cür ola bilərdi. Düzdü, “Şaxtyor” hələ buna qədər, yəni 32-ci dəqiqədə hesabı açmışdı. Həmin “qırmızı” isə qonaqların işini daha da asanlaşdırdı. Onlar 2-ci hissədə daha iki qol vurmaqla zirvəyə yüksəldi.

“Dinamo” – “Karpatı” oyununda da qırmızı vərəqənin rolu oldu. Belə ki, 62-ci dəqiqədə meydandan qovulan Rusin lvovluları azlıqda qoydu. Cəmi 4 dəqiqə sonra Ponomarenko kiyevliləri irəli çıxardı. Ardıcıl 3-cü qələbəsini qazanan “Dinamo” çempionluq yarışından çəkilmək niyyətində deyil.
Həmin yarışın içində olan “Polesye” “Bukovina” ilə səfər oyununda çətinliklə məğlubiyyətdən qurtuldu. Elitanın debütantı 90+3-cü dəqiqəyə qədər öndə idi. Amma Veletenin penalti qolu jitomirlilərə 1 xal qazandırdı. Bu heç-heçə “Polesye”yə liderliyi itirmək bahasına başa gəldi. Renat Dadaşov “Bukovina”nın heyətində 65-ci dəqiqədə meydana çıxdı.

“Kolos” – “Episentr” oyunu yerli vaxtla 13.00-da başladı, ...20.20-də bitdi. Ölkə ərazisində müharibə getdiyini nəzərə alsaq, adi haldı. Ardıcıl 2-ci oyunda qələbə qazanan “Kolos” “Episentr”ə çatdı. “Xarkov”la ev oyununun 17-ci dəqiqəsində azlıqda qalan Roman Qriqorçukun “Çernomorets”i məğlubiyyətlə barışdı. Qonaqların azərbaycanlı oyunçusu Ramik Hacıyev start heyətində yer aldı, 47-ci dəqiqədə sarı vərəqə ilə cəzalandı, 90-cı dəqiqədə əvəzləndi.

Şənbə gününə nəzərdə tutulan “Obolon” – “Krivbass” oyununu isə uzunmüddətli hava həyəcanı siqnalı üzündən başa çatdırmaq mümkün olmadı. İlk yarıdan sonra meydan sahibləri 1:0 öndə idi. LNZ evdə “Kudrovka”nı məğlub etməklə ilk 6 komanda sırasına yüksəldi.

8-ci tur
Veres – Şaxtyor 0:3

Pedrinyo, 32. Matviyenko, 58. Pedro Enrike, 71.
Şaxtyor: Riznık, Vinisius, Pedro Enrike (Karavayev, 72), Matviyenko (Nazarina, 73), Bondar, Krıskiv (İzaki, 46), Pedrinyo (Matturro, 81), Alison, Neverton, Qomes, Elias.

Dinamo – Karpatı 1:0
Ponomarenko, 66.
Dinamo: Buşan, Mixavko, Dubinçak, Kencyora, Yarmolenko (Voloşin, 63), Sıç, Brajko, Rubçinski (Pixalenok, 83), Lonveyk (Mixaylenko, 74), Ponomarenko, Kabayev (Ba, 63).

Bukovina – Polesye 2:2
Daxnovski, 44. Busko, 55 – Braqaru, 18. Veleten, 93-p.

Çernomorets – Xarkov 1:2
Popov, 60 – Parako, 24. Zaberqca, 57.

Kolos – Episentr 3:1
Ndukve, 25; 90+3. Demçenko, 79-p. – Kozak, 31.

LNZ – Kudrovka 2:1
Talles, 9-p. Pasiç, 48 – Ovusu, 68.

Levıy Bereq – Zarya 1:3
Vendell, 73 – Nesterenko, 34. Maçelyuk, 45. Qorbaç, 69.

“Obolon – Krivbass” oyunu təxirə salınıb.

6-cı turdan təxirə salınan oyun: Veres – Kudrovka 2:1 (Fabrisio, 59. Qonsalveş, 66 – Svityuxa, 32).

1. Şaxtyor 8 7 0 1 18-4 21
2. Polesye 8 6 1 1 17-7 19
3. Dinamo 7 5 1 1 10-5 16
4. Xarkov 7 5 0 2 14-5 15
5. Karpatı 8 4 2 2 15-6 14
6. Zarya 8 3 2 3 10-12 11
7. LNZ 8 3 2 3 7-9 11
8. Veres 8 2 3 3 6-9 9
9. Kolos 7 2 3 3 9-11 8
10. Bukovina 8 1 5 2 6-8 8
11. Episentr 8 2 2 4 7-10 8
12. Levıy Bereq 7 1 4 2 5-6 7
13. Çernomorets 7 1 2 4 4-9 5
14. Krivbass 6 1 2 3 7-10 5
15. Obolon 7 0 4 3 2-12 4
16. Kudrovka 8 0 2 6 6-20 2

Bombardirlər: Krasnopir (Polesye), Zaberqca (Xarkov), Ponomarenko (Dinamo) – 5.

Növbəti turun oyunları oktyabrın 16-19-u aralığında keçiriləcək: Obolon – Veres, Zarya – Çernomorets, Kudrovka – Bukovina, Şaxtyor – Kolos, Polesye – Dinamo, Krivbass – LNZ, Karpatı – Episentr, Xarkov – Levıy Bereq.