Dvalişvili ərizəsini geri götürdü, barış yarandı

24.11.2026 12:15 0
İdman
Rusiyalı MMA döyüşçüləri Usman və Umar Nurməhəmmədovlar BƏƏ-nin Əbu-Dabi şəhərində həbsdən azad ediliblər. Tərəflər arasında barışıq əldə olunması, zərərçəkənlərin şikayətini geri götürməsi və onların məhkumların azadlığa buraxılması ilə bağlı müraciəti nəticəsində məhkəmə əvvəlki qərarını dəyişib.

Beləliklə, Usman Nurməhəmmədovun və onunla birlikdə məhkum edilən digər şəxslərin 6 aylıq həbs cəzası ləğv olunub. Hər bir şəxsə tətbiq edilən 300 min dirhəm (təxminən 139 min manat) məbləğində cərimə 150 min dirhəmə (təxminən 69,5 min manat) endirilib.

Xatırladaq ki, hadisə noyabrın 11-də Əbu-Dabidəki “Hilton” otelinin dəhlizində baş verib. Usman Nurməhəmmədov və ətrafındakı şəxslər ilə gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişvili və onun dostu Saba Lazişvili arasında kütləvi dava düşüb. Nəticədə hadisənin iştirakçıları saxlanılıb.
Dvalişvili azadlığa buraxılandan sonra Usman Nurməhəmmədovun və başqalarının da həbsdən çıxarılmasını istədiyini deyib. Gürcüstanlı döyüşçü tərəflər arasında münaqişənin böyüməsini istəmədiyini və heç kimdən şikayətçi olmadığını bildirib.