[b]Misli premyer-liqasının 13-cü turunda keçiriləcək “Turan Tovuz” - “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.
[/b
"Football-plus.az" xəbər verir ki, qarşılaşma noyabrın 28-də saat 16.30-da Tovuz şəhər stadionunda baş tutacaq.
Azarkeşlər biletləri "birbilet.az" saytı vasitəsilə onlayn əldə edə, istədikləri sektor və yerləri seçə bilərlər. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3 və 5 manat təşkil edir.
Şəhid ailələri və qazilər üçün ayrılmış sektora dəvətnamələr stadionun kassasından ödənişsiz təqdim olunur. Elektron bilet almaqda çətinlik çəkən azarkeşlər biletləri kassadan fiziki formada da əldə edə bilərlər.
Stadiona giriş yalnız fiziki və ya elektron biletin üzərindəki QR kodun oxudulması ilə mümkün olacaq.
Qərb derbisinin biletləri satışa çıxdı
Ölkə futbolu





